DSX azad edilmiş ərazilərdə aşkarlanan minaların sayını açıqlayıb


İşğaldan asaz edilmiş ərazilərdə 386 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, nəticədə 947 ədəd piyada əleyhinə, 1195 ədəd tank əleyhinə mina, 186 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.