Çavuşoğludan açıqlama: Paşinyan Antalyaya dəvət olunub?

“Biz Antalya Diplomatiya Forumu üçün akademiklər və digər dəvətlilərlə yanaşı Ermənistanın xüsusi nümayəndəsi Rubinyan və XİN rəhbərinə də dəvət göndərdik”.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Paşinyana dəvət göndərilməyib, liderlərə Prezidentimiz göndərir”, - deyə M.Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Ermənistandan hələlik təklifin qəbul edilməsinə dair cavab verilməyib.

İki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə də toxunan Türkiyə XİN rəhbəri qeyd edib ki, xüsusi nümayəndələr arasında ikinci görüşün Vyana və ya Cenevrədə keçirilməsi təklifi Ermənistandan gəlib:

“Ermənistan bu cür seçim istədi. Telefonda “ikinci toplantını ya Vyanada, ya da Cenevrə də edək” təklifi verilib. Sərdar bəylə danışdıq, müzakirə etdik, Cevevrədə keçmişdə bir uğursuzluq vardı, bilirsiniz. Eyni şeyin davamı kimi olmasın, Vyanada olsun dedik”.

Mənbə: TRTHaber