Baş Prokurorluqdan “Tərtər işi”ndə işgəncəyə məruz qalan şəxslərə MÜRACİƏT

Baş Prokurorluq “Tərtər işi”ndə işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan şəxslərə müraciət edib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
“2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə 012 361 16 47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur”, - məlumatda vurğulanıb.