Jurnalistin maşınının şüşəsini sındırıb oğurluq etdilər - VİDEO

Jurnalistin maşınının şüşəsini sındırıb oğurluq ediblər.
Oxu.Az xəbər verir ki, jurnalist İlkin Muradov bu barədə öz şəxsi “Facebook” hesabında yazıb. 
O iddia edib ki, yaşadığı Sabunçu rayonu Sabunçu qəsəbəsi, Q. Vəzirov küçəsində narkotik maddə istifadəçiləri onun maşınının şüşəsini sındıraraq maşında olan “power bank”ı oğurlayıblar.   
Həmin görüntüləri təqdim edirik: