Ötən il uşaq əməyinin istismarı ilə bağlı neçə fakt aşkarlanıb? - AÇIQLAMA


“Ötən il uşaq əməyinin istismarı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə müvafiq olaraq cərimələr tətbiq edilib”.

Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov AzTV-nin efirində çıxışı zamanı deyib.

O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsi əsasən, yaşı 15-dən az olan uşaqların işə cəlb edilməsi ilə bağlıdır:

“Ötən il dörd belə hal aşkar olunub və bu xətaya yol verən vəzifəli və hüquqi şəxslərə qarşı cərimə tətbiq edilib”.