“Orduya çağırış sistemi keyfiyyət və kəmiyyət baxımından yaxşılaşıb” – Mehdi Mediyev

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 10 illik yubileyi münasibəti ilə başda general-polkovnik Arzu Rəhimov olmaqla, bütün şəxsi heyəti təbrik edir, onlara möhkəm can sağlığı arzu edirəm. 
Bunu Herbiand.az-a ehtiyatda olan polkoknik, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib. “Ordumuzun hərbi gücünün artması, dövlətimizin inkişafı istiqamətində, onların fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yarandığı zamandan orduya çağırış sistemi keyfiyyət və kəmiyyət baxımından yaxşılaşıb. Xüsusilə də 44 günlük müharibə zamanı onların göstərdikləri əvəzsiz xidməti  göz önündədir. Onların da bu qələbədə böyük töhfələri vardır. Çağırışçıların sağlam yetişdirilməsində və vətənpərvərlik ruhunda böyüdülməsində  xidmətləri əskilməsin”, - deyə Mehdi Mehdiyev bildirib.