Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb


Azərbaycanda COVID-19 infeksiyasının aşkarlanması ilə bağlı vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb.
“Report”un əldə etdiyi məlumata görə, müayinə məntəqəsi Bakının Nərimanov rayonu, Müzəffər Nərimənov küçəsi (10 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığı), 10 ünvanında yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təlim Mərkəzində fəaliyyət göstərəcək.

Belə ki, yeni yaradılan müayinə məntəqəsi fevralın 14-dən işə başlayacaq.

Məntəqənin iş rejimi isə bazar ertəsi və şənbə günləri saat 09:00-dan 13:00-dəkdir.