Ferhat Göçer azərbaycanlı jurnalistlərdən üzr istədi - VİDEO


Türkiyəli məşhur müğənni Ferhat Göçer Bakıda olub. 

Xəzər TV-də yayımlanan “Şourum” proqramında şəhərin dəbdəbəli məkanlarından birində konserti olan sənətçinin əvvəl yerli mətbuata müsahibə verəcəyi bildirilib.

Lakin Ferhat jurnalistlərə görünmədən səhnəyə çıxaraq konsert verib. Bundan sonra Göçerin musiqili proqramı yekunlaşıb.

Səhnədən texnikalar çıxarılıb. Hətta zibillər belə atılıb. Dörd saatdan sonra Fərhat jurnalistlərə müsahibə vermək qərarına gəlib. Yerli kanalların mikrofonuna danışan Göçer media əməkdaşlarından üzr istəyib. 

Qeyd edək ki, ifaçının konsert biletləri 200-600 AZN aralığında olub.

Daha ətraflı süjetdə: