Sabah hava dumanlı olacaq


Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin tutqun olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir duman, səhər çiskin olacaq.

Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 9-13, Bakıda gecə 6-8, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7°, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.