“Azəriqaz” azad olunmuş ərazilərdə qazlaşma prosesinə hələ başlamayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ölkənin işğaldan azad olunmuş ərazilərində qazlaşma prosesinə hələ başlamayıb.

“Report”un məlumatına görə, bunu Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, hazırda bu proses daxili məsləhətləşmələr və müzakirələr mərhələsindədir: “Əgər bununla bağlı hər hansı qərar və göstəriş olarsa, “Azəriqaz” həmin icrasına başlaya biıər. Bu imklanlar mövcuddur”.

E. Vəliyev qeyd edib ki, ancaq hələlik bununla bağlı qərar verilməyib: “Qərar verildikdən sonra ilk olaraq Şuşa və Ağdamın qazpaylayıcı qaz xətlərinin çəkilməsinə başlanılacaq”.