Putin qonşu ölkələrə müraciət etdi


Rusiya prezidenti Vladimir Putin qonşu ölkələrə müraciət edərək, onları Rusiya ilə münasibətləri gərginləşdirməməyə və ya pisləşdirməməyə çağırıb.

“Bir daha qeyd etmək istəyirəm ki, bizim qonşularımıza qarşı heç bir pis niyyətimiz yoxdur. Onlara da vəziyyəti gərginləşdirməməyi, heç bir məhdudiyyət qoymamağı tövsiyə edərdim. Biz bütün öhdəliklərimizi yerinə yetiririk və bundan sonra da yerinə yetirməyə davam edəcəyik”, - deyə prezident bildirib.

Dövlət başçısı qonşu ölkələri münasibətləri normallaşdırmaq və əməkdaşlıq etmək barədə düşünməyə çağırıb.

Mənbə: kp.ru