İstefa verən Ramiz Mehdiyevin adı AMEA-nın rəsmi saytından silindi - FOTO


Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul edilib.

Oxu.Az-ın məlumatına görə, artıq AMEA-nın rəsmi saytında R.Mehdiyevlə bağlı məlumatlara rast gəlinmir. 

Onun adı AMEA prezidenti siyahısından çıxarılıb və tərcümeyi-halı silinib. 



Qeyd edək ki, R.Mehdiyevin göstərişi ilə AMEA Mətbuat Xidməti tərəfindən deputatlar, alimlər barədə hazırlanan təhqiredici yazı fevralın 10-da qurumun saytında yerləşdirilib. 

Təbii ki, R.Mehdiyevin göstərişi ilə hazırlanan yazı adları çəkilən şəxslər tərəfindən ciddi narazılığa səbəb olub. Yazıda deputat - Fəzail Ağamalı, Etibar Əliyev, Musa Qasımlı, akademik Vaqif Abbasov və digər şəxslərin adı hallanıb. Daha sonra yazı AMEA-nın rəsmi saytından silinib. 



Xatırladaq ki, fevralın 19-da AMEA-nın ümumi yığıncağında onun istefa ərizəsi qəbul edilib.
AMEA-nı tərk edən Ramiz Mehdiyev isə jurnalistlərin suallarını cavablandırmayıb və xidməti avtomobilə minərək oradan uzaqlaşıb.