Ukraynadan çıxan azərbaycanlılar Türkiyədən vətənə qayıdırlar - FOTO/VİDEO

Avropada müharibə ocağına çevrilən Ukraynadan çıxan azərbaycanlılar Türkiyədən vətənə qayıdırlar.
Avtobuslarla Azərbaycana qayıdan həmvətənlərimiz Ukraynada vəziyyətin gərginliyindən, yol boyu yaşadıqları çətinliklərdən bəhs ediblər.
Eyni zamanda, şəxsi avtomobilləri ilə də vətənə qayıdanlar var. Onlar Türkiyənin Ədirnə sərhədindən istifadə edirlər və yaratdıqları şəraitə görə qardaş ölkəyə təşəkkürlərini bildirirlər.