Restoran, kafe, çay evlərində vaxt məhdudiyyəti aradan qaldırılır

Sabahdan Azərbaycanda restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti aradan qaldırılır.
Bu, Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Qərara əsasən, ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət ləğv edilir.