“TikTok” Rusiyada fəaliyyətini dayandırıb



Çinin “TikTok” sosial şəbəkəsi Rusiyada fəaliyyətini dayandırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, sosial şəbəkə bu barədə tviter hesabında məlumat yayıb. Qeyd edilir ki, “TikTok” Rusiyanın "saxta" xəbərlərlə bağlı yeni qanuna görə fəaliyyətini dayandırıb.

indi platforma artıq istifadəçilərə Rusiyada paylaşım etməyə icazə vermir.

Sosial şəbəkədən bildirillib ki, Rusiyanın yeni saxta xəbərlə"lə bağlı qanununun qəbulunun təhlükəsizliklə bağlı təsirlərini nəzərdən keçirərkən canlı yayımı və video xidmət üçün yeni məzmunu dayandırmaqdan başqa seçim yoxdur. “Bizim tətbiqdaxili mesajlaşma xidmətimiz pozulmayacaq", - şirkətin xəbərdə deyilir.

Şirkət həmçinin əlavə edib ki, xidmətlərin nə vaxt tam bərpa olunacağını müəyyən etmək üçün Rusiyadakı vəziyyəti qiymətləndirməyə davam etdirir.