KİV: Rusiya Ukrayna ərazisinə 700-dən çox raket atıb


Hərbi əməliyyatlar başlayandan Rusiya Ukraynaya azı 710 raket atıb.

Bu barədə CNN ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Eyni zamanda, qeyd edilir ki, Rusiya silahlı qüvvələri 20 km irəliləyib və artıq Xarkov yaxınlığında, həmçinin Nikolayevdən təxminən 15 km şimaldadır.

Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin Kiyev və ya Çerniqov istiqamətində əhəmiyyətli hərəkətləri olmayıb. Buna baxmayaraq, Çerniqov yaxınlığında döyüşlər davam edir.

Mənbə: UNIAN