Rüstəm İbrahimbəyovun cənazəsi Azərbaycana gətiriləcək - YENİLƏNİB


Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlət tərəfindən müvafiq tədbirlər görülür.

Bu barədə AZƏRTAC məlumat yayıb.

16:39

Xalq yazıçısı Rüstəm İbrahimbəyov vəfat edib. 

Bu barədə kinorejissor Tahir Tahiroviç məlumat paylaşıb. 

R.İbrahimbəyov ötən gün Rusiyanın Moskva şəhərində dünyasını dəyişib. 

Xalq yazıçısı uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 1939-cu ildə Bakı şəhərində anadan olub.