Amnistiya Aktı ilə azadlığa buraxılan şəxslərin sayı açıqlanıb

Amnistiya Aktı ilə azadlığa buraxılan şəxslərin sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən "Report"a bildirilib ki, amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5 971 məhkuma tətbiq edilib.

Qeyd edilib ki, onlardan 2 710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3 261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.