Keçmiş nazir müavininə yeni vəzifə verildi


Gənclər və idman nazirinin keçmiş müavini İntiqam Babayev yeni vəzifəyə təyin edilib.

Oxu.Az-ın məlumatına görə, o, Nazirlər Kabinetində sektor müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, ötən ilin noyabr ayında Azərbaycan Respublikasının gənclər və idman nazirinin iki müavini - İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov vəzifələrindən azad olunublar.