Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir


Xalq yazıçısı Rüstəm İbrahimbəyovla Nizami Kino Mərkəzində vida mərasimi keçirilir.

Oxu.Az-ın məlumatına görə, vida mərasimindən sonra yazıçı Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, R.İbrahimbəyov martın 10-da Rusiyanın Moskva şəhərində dünyasını dəyişib. 

Xalq yazıçısı uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 1939-cu ildə Bakı şəhərində anadan olub.