Novruz bayramı münasibətilə atəfəşanlıq olacaq

Bakının rayonlarında Novruz bayramı ilə əlaqədar konsert proqramları təşkil ediləcək. 

Oxu.Az-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən rayon icra hakimiyyətlərinə tapşırıq verilib. 

Martın 19-da, saat 19:00-dan isə Nizami rayonu, Heydər Əliyev parkında geniş bayram konserti və atəşfəşanlıq olacaq. 

Eyni zamanda, sabah Dəniz kənarı Milli Parkda, İçərişəhərdə və Fəvvarələr meydanında konsert olacaq.
Hər rayon bayramın ayrı-ayrı günlərində konsert proqramı təşkil edəcək.