Kamran Əliyev prokuroru işdən çıxartdı

Baş Prokurorluqda kadr islahatı olub.
Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Salyan rayon prokuroru Firdovsi Nemətli səlahiyyət müddətinin başa çatması ilə əlaqədar vəzifəsindən azad olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti Oxu.Az-a məlumatı təsdiqləyib.