Şuşada qarın hündürlüyü 1 metri keçib - FOTO

Şuşada qarın hündürlüyü 1 metri keçib.

APA-nın xəbərinə görə, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bildirib.

M. Abbasov qeyd edib ki, Şuşada şiddətli qar yağmağa davam edir: “Hava temperaturu mənfi 5 dərəcədən aşağı düşüb. Qarın hündürlüyü 1 metrdən yuxarıdır. Şəhərin bütün texnikaları davamlı olaraq küçə və meydanları təmizləyir”.