Fazil Mustafa təklif verdi

Ermənistanla əlaqələrə dair komissiya yaradılmalıdır

Milli Məclisin dünənki iclasında deputat Fazil Mustafa Ermənistanla əlaqələrə dair komissiya yaradılmasını təklif edib. Deputat bildirib ki, artıq özləri də etiraf edir ki, Azərbaycanla sülh müqaviləsi imzalanmasa, Ermənistan inkişaf edə bilməz: “Azərbaycan bundan istifadə etməlidir. Ermənistan parlamenti ilə işimizi gücləndirməliyik. 

Parlamentdə bu istiqamətdə komissiyanın yaradılmasına ehtiyac var, biz yeni təşəbbüs irəli sürməliyik. Avropa və MDB məkanında Ermənistanla 5 platformada birlikdə çıxış edirik. QHT-lər üzərindən də bu sahədə qadağa götürülməlidir. 

QHT-lər Ermənistan QHT-ləri ilə layihələri artırmalı, cəmiyyətə təkliflər çatdırmalıdır. Ermənistan cəmiyyəti ilə vasitəçilər olmadan işləməyə başlamalıyıq”.