XTQ-nin sərt şəraitdə təlimindən görüntülər - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər.
Taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.