Hafiz Paşayev Azərbaycanın səfirlərinə çağırış etdi

“Mən xarici ölkələrdəki səfirlərimizə müraciət edirəm ki, memuarlar yazsınlar. Bunlar dərsliklərə də salına bilər”.
Oxu.Az-ın məlumatına əsasən, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanın BMT Yanında Daimi Nümayəndəliyinin təsis edilməsinin 30 illiyi ilə bağlı keçirilən tədbirdə deyib. 
Tədbirdə Azərbaycanın BMT-dəki ilk daimi nümayəndəsi Həsən Həsənov da iştirak edib.
Hafiz Paşayev onunla olan xatirələrindən də danışıb.
O bildirib ki, Həsən Həsənov işində son dərəcə tələbkar və ciddi olub.