Məktəbli qızı xilas etməyə çalışan gömrük işçisi əməliyyat olunub

İntihar edən məktəbli qızı xilas etməyə çalışan 37 yaşlı Zahid Niyazov əməliyyat olunub. 
Oxu.Az-ın məlumatına görə, o, Dövlət Gömrük Komitəsinin hospitalında çənə əməliyyatı keçirib. 
Onun vəziyyəti orta ağır stabildir. 
Z.Niyazov Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşıdır. 
Qeyd edək ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışıb. Nəticədə Niyazov ağır xəsarətlər alıb.