Rəşad Dağlı əsəbiləşdi: “Şəkillərimdən istifadə edib...” - FOTO

Meyxanaçı Rəşad Dağlının adından saxta “TikTok” hesabları açılıb. 
Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkə hesabında paylaşım edən Rəşad naməlum şəxslərin onun adından saxta profillər açaraq pul qazandıqlarını bildirib.
Meyxanaçı insanları bu saxta profillərə aldanmamağa çağırıb:
“Salam əziz izləyicilərim. Adımızdan bir neçə “TikTok” səhifəsi açılıb. Bəziləri fan səhifə olsa da, bəziləri canlı yayım açıb, şəkilimdən istifadə edib izləyiciləri aldadırlar. Mənim “TikTok” profilim yoxdur. Belə saxta profillərə aldanmayın”.