Rövşən Nəcəf Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Fəxri xiyabanı ziyarət edib.
O, bu barədə “Facebook” hesabında paylaşım edib.
“Fəxri xiyabanı ziyarət edərək ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini anadan olmasının 99-cu ildönümündə minnətdarlıq və ehtiramla yad etdik”, - deyə Rövşən Nəcəf qeyd edib.