“Öncə Vətəndir” layihəsinin icrasına başlanıb

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Öncə Vətəndir” layihəsinin icrasına başlayıb.
"Sherg.az" xəbər verir ki, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir. 
3 ay davam edəcək layihə çərçivəsində Vətən müharibəsində qələbəni şərtləndirən amillər barədə araşdırma xarakterli 16 yazı sifariş ediləcək. Yazılar peşəkar ekspert tərəfindən baxıldıqdan və yazılarda çatışmayan məqamlar aradan qaldırıldıqdan sonra mətbuatda dərc ediləcək.