Abşeronda tualetdə yaşayan qadın əri ilə dalaşıbmış - YENİLƏNİB + VİDEO

Abşeron Rayon İcra Hakimiyyəti qadının uşağı ilə sanitar qovşaqda yaşaması ilə bağlı məsələyə münasibət bildirib.
Qurumdan Oxu.Az-a bildirib ki, məsələ araşdırılıb:
“Araşdırma zamanı məlum olub ki, Sumqayıt şəhər sakini G.H. ilə həyat yoldaşı arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb.
Bu səbəbdən də o, evdən çıxıb gedib. Bundan sonra Xırdalan şəhərində fəaliyyət göstərən ticarət mərkəzlərindən birində istifadəsiz qalmış tikilidə məskunlaşıb. Bu gün G.H.-nin həyat yoldaşı əraziyə gəlib, aralarında barış yaradıldıqdan sonra xanım Sumqayıtdakı mənzillərinə geri dönüb”.

11:30

Qadın uşağı ilə sanitar qovşaqda yaşayır.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, qadın uşağı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ticarət mərkəzlərindən birində yerləşən tualetdə qalır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən Oxu.Az-a bildirilib ki, əraziyə baxış keçiriləcək, məsələ nəzarətdədir.

Görüntüləri təqdim edirik: