İSTANBUL  VƏ  ANKARADA  FESTİVALLAR  BAŞLAYIR - FOTO

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində “Bəyoğlu və başkənd kültür yolları festivalları” tanıtım proqramı keçirildi. Çıxış edən nazir Mehmet Nuri Ersoy ilk öncə qısaca 2021-ci il Oktyabrın 29-da açılışını gerçəkləşdirdikləri Atatürk Mədəniyyət Mərkəzi və 29 Oktyabr-14 Noyabr arasında 1400 festival çalışanının və  2183 sənətçinin iştirakı ilə 78 yerdə 381 Bəyoğlu (İstanbul) mədəniyyət festivallarının keçirilməsindən və 7,8 milyon ziyarətçini qarşılamalarından danışdı. 

Nazir qeyd etdi ki, biz sadəcə bununla kifayətlənməyib, mədəniyyət festivallarının başqa şəhərlərimizdə də keçirilməsini və bunun ənənəyə çevrilməsini qərara aldıq. Bu baxımdan bu il 28 May-12 İyun arasında gerçəkləşdiriləcək Bəyoğlu ilə yanaşı paytaxt Ankarada da mədəniyyət festivallarına start verdik. Bəyoğlu mədəniyyət festivalı bu il 53 fərqli mədəniyyət-sənət qurumunun iştirakı ilə 84 fərqli yerdə  4500 dən çox sənətçinin, 1500 dən çox  festival proqramına ev sahibliyi edəcək. ”Bəyoğlu kültür yolu”nun açılış konserti Rebetiko musiqisinin öndə gələn isimlərindən yunan sənətçi Glykeria ilə Atatürk Mədəniyyət Mərkəzində olacaq. Paytaxt Ankarada isə festivalın açılışı məşhur K-pop növünün hitlərini səsləndirəcək Cənubi Koreyalı K-pop qrupu Miraenin konserti ilə olacaq.

Festivalların keçirilməsinin önəmindən danışan nazir Nuri Ersoy bildirdi ki, məqsədimiz şəhərlərimizin mədəni, memari və tarixi miraslarına diqqət çəkmək, fərqli mədəniyyətlərin təcrübələrini də yaymaqdır. O bildirdi ki, festivalların keçirilməsinin heç şübhəsiz ev sahibi şəhərlərin və bölgələrin sosial həyatının zənginləşdirilməsində, mədəni irsinin qorunmasında, sahib olduğu özünəməxsus dəyərlər vasitəsi ilə inkişafında və beynəlxalq səviyyədə tanınmasında böyük təsiri olacaq.  
Nazir bildirdi ki, hər iki festivalda biletli proqramların yanısıra iştirakın daha çox olması üçün bir çox pulsuz və açıq hava səhnələri olacaq, festival boyunca uşaqlar və uşaqlı ailələr üçün bir çox özəl proqramlar təşkil olunacaq, Dünya səhnələrinin tanınmış simaları pulsuz açıq hava konsertlərində İstanbul və Ankaralılarla görüşəcək. 
P.S. Festivallar çərçivəsində təşkil olunacaq proqramlarla bağlı ətrafl aşağıdakı adreslərdən bilgi ala bilərsiz. 
http://www.beyoglukulturyolu.com/ ve http://www.baskentkulturyolu.com/

Yaqut Misirxanlı
İstanbul