Paytaxtda Məmməd Arazın adına layiqli yer tapılmır - FOTO

Bakının Nərimanov rayonu ərazisindəki küçələrin birində qeyri-adi vəziyyət hökm sürür.
Oxu.Az-ın məlumatına görə, rayonun Məmməd Araz küçəsindəki lövhələrdən birini divara vurmaq üçün yer tapmırlar.
Bu barədə jurnalist Samir Mirzə “Facebook” hesabında paylaşım edib. Bildirib ki, üç ay müddətində lövhə dəmir dirəklərin üstündə qalıb.
Sözügedən paylaşımı təqdim edirik: