Kürdə suyun səviyyəsi artmaqda davam edir

Kür çayında suyun səviyyəsi artmaqda davam edir.
Bu barədə “Report”a Salyan sakinləri məlumat verib.
Sakinlərin sözlərinə görə, çayda suyun səviyyəsi 3 metrdən çox artıb.
Qeyd edək ki, son günlər havaların yağışlı olması və dağ çaylarından sel keçməsi suyun səviyyəsinin qalxmasına səbəb olub.