Zəngilana səfər edən İsrail səfiri ərzaq təhlükəsizliyinə diqqət çəkdi - FOTO

İsrailin Azərbaycandakı səfiri Corc Dik Zəngilana səfər edib.
O, bu barədə öz “Twitter” hesabında məlumat verib.
“Bu yaxınlarda İsrail şirkətlərinin öz texnologiyaları və “nou-hau”ları ilə təmsil olunduğu Zəngilanın “Ağıllı kənd”inə gözəl səfərimiz oldu. Bir ildən az müddətdə böyük iş görülüb. Ərzaq təhlükəsizliyi Zəngilanda və hər yerdə böyüyən tərəfdaşlığımızın önəmli hissəsidir”, – deyə Corc Dik qeyd edib.