“İkinci arvad olmaq istəmirdim” 

Suriyalı qadınlar çətin həyat şəraitlərindən danışır 

   Suriyada 2011-ci ildən davam edən müharibədən ən çox əziyyət çəkən qadınlar və uşaqlardır. “Milliyet.com” Suriyanın Aziz bölgəsindəki çadır şəhərciyində məskunlaşmış suriyalı qadınlardan bir neçəsinin həyatına “işıq salıb”. Bu qadınlar istəmədikləri halda, məcburən, ya da zorla evli kişilərlə evlənir, ikinci, hətta üçüncü həyat yoldaşı olurlar. Qadınlardan bəzisi evliliyi məcbur qaldığı üçün, övladlarına sahib çıxacaq, onları yedirib doyuracaq birisi olsun deyə, ikinci dəfə ailə qurmağa razılaşır.

İkinci həyat yoldaşı olmaq zorunda qalan, evliykən başqa bir qadınla evlənmiş kişilərin həyat yoldaşları çətin həyat şəraitindən danışıb. Suriyada minlərlə belə qadın var. Aziz bölgəsində 6 uşağı ilə çadırda yaşayan 36 yaşlı Hehriye Mahsul Fehrin müharibənin ilk illərində evli bir kişiylə evlənib. Fehrin müharibənin buna səbəb olduğunu deyib. Fehrinin həyat yoldaşının birinci xanımı da övladlarıyla başqa bir çadırda qalır.

 8 uşağı  var. Fahrindən “birdən həyat yoldaşın üçüncü dəfə evlənmək istədi, nə edəcəksən?” soruşulduqda o “mən bəxtimlə barışdım, istəmərəm başqası bu hala düşsün”, cavabını verib. Qadınlar danışmağa çəkinir. Müxbirin yanında erkək tərcüməçi olanda, ya da həyat yoldaşları yanlarında olanda xüsusilə çəkinirlər və danışmırlar, bir çox sualları cavablandırmırlar. Fehrinin bəxti gətirib ki, həyat yoldaşı yanında deyildi. Sonra Fehrinin həyat yoldaşı Muhamməd Muhafak Elnacun da gəlib və ona bəzi suallar verilib. Elnacun üçüncü dəfə evlənə biləcəyini deyib və bunu “Allahın əmri” hesab edir. Hazırda 18 övladı olan Elnacun “yenə övlad istəyirəm. Hamısının ruzusunu Allah verir”, deyib. 30 yaşlı gənc qadın Nuseybe Mahmut Deymenin həyat yoldaşı isə 8 il əvvəl müharibədə həlak olub. 

Həyat yoldaşı həlak olan zaman Nuseybenin 2 övladı vardı və o, övldalarına baxacaq birisiylə evlənmək məcburiyyətində qalıb. “Evləndiyim adamın evli olduğunu bilirdim. Bu adam mənə “sənin övladlarına da baxaram” dedi, mən də evlənməyə məcbur oldum. 41 yaşlı Erkan Sudafın 6 övladı var. Müharibənin sərt üzü çoxsaylı övlad sahibi olanlara daha böyük çətinliklər yaşadır, amma yenə də bu qadınlar, istəmədən övlad sahibi olurlar. Amşa əl-Ahmed Abdu 6 il əvvəl biriylə ikinci həyat yoldaşı olaraq evlənib. 1 yaşında övladı var. Aziz bölgəsindəki çadır şəhərciyində erkən evliliklər də geniş yayılıb. 13 yaşlı qızcığaza toy çadırı qurulub və ərə verilib. Müharibənin bədbəxtlik gətirdiyi qadınlar beləcə ömür sürməkdə davam edir. Kimisi yeniyetmə yaşda ərə verilir, kimisi ikinci, hətta üçüncü həyat yoldaşı olur.