Cəlilabadda intihar edən 20 yaşlı oğlan tələbə imiş - YENİLƏNİB + FOTO

Cəlilabad rayonunda intihar edən 2002-ci il təvəllüdlü Hətəmov Tural Mehman oğlunun tələbə olduğu məlum olub.

“Report”un məlumatına görə, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2-ci kursunda oxuyurdu.

Hadisə ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar aparılır.

13:01

Cəlilabadda 20 yaşlı oğlan intihar edib.

“Report”un məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.


Belə ki, rayon sakini, 2002-ci il təvəllüdlü Hətəmov Tural Mehman oğlu özünü asıb.

Faktla bağlı araşdırma aparılır.