Sərnişinlərin NƏZƏRİNƏ: Qəsəbə ilə Bakını birləşdirən avtobus “BakıKart”a keçir

Sabahdan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəsəbəsi - “Elmlər Akademiyası” m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Bildirilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.
Qurumdan qeyd edilib ki, bununla bağlı əvvəlcədən məlumat veriləcək.