Azyaşlıları aparmayın! -  “Ağlaşma və zəncirvurmanın İslamla əlaqəsi yoxdur”

8 Avqustda Azərbaycanda Aşura mərasimləri keçirilib. Mərasimlərə uşaqların aparılması  onların ağlaşma, zəncir vurma  kimi səhnələrə şahidlik etməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib . İnsanların böyük bir qismi azyaşlıların belə mərasimlərdə iştirakını qınayıb.

Mövzu ilə bağlı “Sherg.az”a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, azyaşlıların aşura mərasimlərində iştirakı məsələsinə valideynlər özləri cavabdehdir: 

“ Çünki uşaqlar onların himayəsindədirlər.Qanunvericilikdə belə bir yerlərə  getmək üçün xüsusi bir yaş həddi müəyyənləşdirilməyib. Bunun qarşısını inzibati qaydada deyil maarifləndirmə  yolu ilə almaq daha məqsədəuyğundur”. 

İlahiyyatçının sözlərinə görə, bəzi psixoloqlar hətta qurbanlıq heyvanı belə uşaqların gözü qarşısında kəsməməyi tövsiyə edirlər:

 “Bu məsələyə də sırf psixoloji aspektdən yanaşmaq lazımdır. Digər tərəfdən isə ağlaşma, zəncir vurma “Qurani-Kərim”də öz əksini tapmayan ,İslamla əlaqəsi olmayan məsələdir.İnsanlar bunu özləri uyğun bilib tətbiq edirlər. Həzrəti Məhəmməd peyğəmbər (s)in özü sağlığında üç qızı ,üç oğlu  dünyadan köçdüyü halda nə belə bir mərasim təşkil edib, nə də belə bir ağlaşma qurub. Buna görə bu cür  məsələlər o dövrdə  heç vaxt gündəmə gəlməyib”.