Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlut Çavuşoğlunun dəvəti əsasında Ankarada keçirilən “2023-cü il ərəfəsində və ondan sonrakı dövrdə müdrik və humanist Türk diplomatiyası” mövzusunda 13-cü Səfirlər konfransında iştirak edib.
Səfər çərçivəsində jurnalistlərin suallarını cavablandıran xarici işlər işlər naziri Londondakı Azərbaycan səfirliyinə hücum və Zəngəzur dəhlizi ilə bağlı məsələlərdən danışıb.
“Azərbaycanın İngiltərədəki səfirliyinə hücum oldu. Azərbaycan dövləti olaraq biz bu hücumu qınayırıq”, - deyə Ceyhun Bayramov qeyd edib.
Ceyhun Bayramov Azərbaycanın öz ərazisindəki səfirliklərlə bağlı göstərdiyi həssaslığı başqa ölkələrdən də gözlədiyini bildirib.
“Bizim Birləşmiş Krallıqdan gözləntimiz ondan ibarətdir ki, belə bir halların gələcəkdə təkrarlanmamasına dair çox ciddi zamanətlər verilməlidir. Azərbaycanda olan bütün diplomatik missiyaların və diplomatların təhlükəsizliyi ən yüksək səviyyədə qorunur. Biz eyni yanaşmanı Birləşmş Krallıqdan gözləyirik”, - deyə o vurğulayıb.
Nazir Zəngəzur dəhlizi ilə bağlı suala cavabında Ermənistan problem yaradarsa ikinci bir alternativin olduğunu qeyd edib.
“Ermənistan ərazisinə keçmədən Araz çayı üzrəindən İran ərazisi vasitəsilə, sonra körpü vasitəsilə Naxçıvan ərasizinə keçmək kimi alternativ var”.