Baş Prokurorluğun idarə rəisi: “Bu il 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanılıb”

“Bu il ərzində 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanılıb. Bu rəqəmlərin böyük əksəriyyətinin kütləvi informasiya vasitələri və media ilə əlaqəsi yoxdur”.
“Report”un xəbərinə görə, bu sözləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bunlar əsasən ətraf mühitin qorunması, əmək fəaliyyətinin pozulması ilə bağlıdır.
“Bəzi hallarda həqiqətə uyğun olmayan məqamlarla bağlı məlumatlar yayılır. Əgər həqiqətə uyğun olmayan məlumatlar yayılırsa məsuliyyət də yaranır”, - o bildirib.