“Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülməsi barədə yayılan məlumatlar əsassızdır”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirilib ki, polis əməkdaşlarının daxili işlər orqanlarında xaric edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
13:42
Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülüblər.
Bu barədə Sfera.az məlumat əldə edib.
Qeyd edək ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr “Mercedes Gelandewagen” markalı, 90-AA-978 dövlət qeydiyyat nişanlı avtomobilindən düşərək polis əməkdaşlarına hirslənib.
Səfər Mehdiyev onu saxlayan polisə: “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” - dediyi görünüb. Yol polisi isə ona: “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz”, - cavabını verib.
Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.