Deputatdan “Azərsu”ya sərt sözlər... -
“Bilmirəm, Qıratdır, ya Düratdır”

 “Azərsu”, bilmirəm ki, Qıratdır, ya Düratdır, çapa-çapa gedir. Lənkərandan mənə 20 sahibkar müraciət edərək çirkab sularının axıdılmasında üzləşdikləri problemdən şikayət edir”. "Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib. O bildirib ki, “Azərsu” sahibkarları nəzərə almamaqla hansısa maraqlar güdür: “Mən demirəm ki, ortada rüşvət, korrupsiya faktları var. Amma hansısa maraq olduğu ortadadır. Mən artıq ömrümün 20 ilini “Azərsu” ilə mübarizəyə həsr etmişəm, yorulmuşam”.