Astrologiyada bu il yeni uğurlara imza ataraq çox pul qazanacaq bürclər açıqlanıb. Maddi vəziyyəti bir anda yaxşılaşacaq bu bürclər pula-pul deməyəcəklər. Bəs bu bürclər hansılardır?
Buğa bürcü(21aprel-20 may)
Buğa bürclərinin bu il pul cəhətdən üzləri güləcək. Onlar peşələrinin ən yaxşısı olmaq üçün çalışacaqlar. Güvənli addımlarla ilərləyən buğalar yeni qazanc mənbələri əldə edəcəklər. Həmişə böyük həvəslə çalışn buğa bürcləri bunun meyvəsini bol qazanc əldə edərək toplayacaq.
Qız bürcü (23 avqust-22 sentyabr)
Qız bürcləri iş həyatında uğurlu və ən yaxşı olmaq üçün dayanmadan çalışırlar.
Onlar heç kəsin görmədiyi incə detalları gördükləri üçün heç kəsi başara bilməyəcəyi məsələlərdə belə püxtələşə bilərlər.
Qızlar bu xüsusiyyətlərinə görə hər zaman yaxşı pul qazana bilərlər. Yatırım etməyi sevən qızlar bu ili bərəkət və bolluq içərisində keçirəcəklər.
Tərəzi bürcü(23 sentyabr-23 oktyabr)
Tərəzi bürcü olanlar həyatları boyunca xəyallarını gerçəkləşdirmək üçün çalışırlar. Pul xərcləməyi sevən Tərəzilər Yatırım etməyi də unutmazlar. Dayanmadan çalışan və hər zaman uğur pillələrini addım-addım keçən Tərəzi bürcləri də bu il çox pul qazanacaqlar arasında yer alırlar.
Onlar karyeralarında əlavə səylər göstərərək bu il çox varlı ola bilərlər.
Oxatan bürcü (23 noyabr-21 dekabr)
Oxatan bürcləri də iş dünyasında hər zaman uğurlu olan bürclər sırasında yer alırlar. Onlar praktik düşüncə qabiliyyəti nəticəsində digər insanlar arasın çox tez seçilirlər. Oxatanlar da bu il pul qazanmaq cəhətdən çox gözəl fürsətlər qazana bilərlər.
Mənbə: HaberGlobal