Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Gürcüstana səfərinin uğurla keçdiyini, səmərəli müzakirələrin aparıldığını bildirdi, səfərin ölkələrimiz arasında qardaşlıq əlaqələrinin gələcək inkişafı üçün çox əhəmiyyətli olduğunu vurğuladı, müzakirə olunan məsələlərin siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə geniş gündəliyi əhatə etdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, təhsil əməkdaşlığımızın əhəmiyyətli hissələrindən biridir. Dövlətimizin başçısı Gürcüstanda Azərbaycan dilində, Azərbaycanda isə gürcü dilində məktəblərin fəaliyyət göstərməsini bunun yaxşı göstəricisi kimi qiymətləndirdi. Prezident İlham Əliyev Mixeil Çxenkelinin səfərinin ölkələrimizin müvafiq nazirlikləri arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.
Qəbula görə minnətdarlıq edən Mixeil Çxenkeli dövlətimizin başçısının Gürcüstana səfərinin tarixi səfər olduğunu qeyd etdi və əlaqələrimizin genişləndirilməsində səfərin xüsusi önəm daşıdığını dedi. Qonaq ölkələrimizin Təhsil və Elm nazirlikləri arasında çox səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
13:49
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelini qəbul edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.