Nazir müavini “Azərbaycan Dəmir Yolları”na sədr təyin edildi - RƏSMİ

Prezident İlham Əliyev Rövşən Mürvət oğlu Rüstəmovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Prezidentin digər Sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.