Prezident Azərbaycan və Latviya arasında Anlaşma Memorandumunu təsdiqlədi

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu təsdiqlənib.
AZƏRTAC-ın məlumatına görə, Prezident İlham Əliyev müvafiq qanunu təsdiq edib.
Qərara əsasən, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” 2022-ci il mayın 20-də Riqa şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.