Çingiz Abdullayev jurnalisti təhqir etməsi barədə: “Dediklərimdən peşman deyiləm”

“Mənim kimi birisinə o sualı vermək yersiz idi. Mən pul xərcləyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm”.
Bunu Gununsesi.info-ya açıqlamasında AYB sədrinin müavini, Xalq yazıçısı Çingiz Abdullayev ona sual verən jurnalistləri təhqir etməsi faktına münasibətində bildirib.
Çingiz Abdullayev əlavə edib ki, sözünün üstündə dayanır: “Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”.
Xatırladaq ki, media təmsilçilərindən birinin AYB-nin qurultayı üçün ayrılan 200 min manatın necə xərclənməsi barədə sualı Xalq yazıçısının təhqiri ilə qarşılanıb.
Çingiz Abdullayev ona sual verən jurnalistə “Niyə ölmürsən, utanmırsan” deyə qarşılıq verib.
Bu açıqlamasına görə sosial şəbəkə və mediada Çingiz Abdullayevə qarşı sərt ittihamlar səsləndirilib.