“Buta Airways” aviaşirkətinin Tbilisi-Bakı (J2-9230 səhər reysi) reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.
Bununla bağlı aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən reysin sərnişinləri Bakıya digər təyyarə ilə axşam yola düşəcəklər.
Qeyd edilib ki, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.