Sabiq icra başçısının 13 illik fəaliyyəti YOXLANILIR

Ağcabədi Rayon İcra Hakimiyyətində yoxlama başlayıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin əməkdaşları hazırda icra hakimiyyətinin 2006-2019-cu il maliyyə dövrünü təftiş edirlər.
Qeyd edək ki, həmin dövrdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov olub.